AZ

Egey beşik kimi yırğalanır: Seysmoloqdan 8.5 bal gücündə ZƏLZƏLƏ XƏBƏRDARLIĞI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Egey dənizi günlərdir "zəlzələ fırtınası"nın əsarətindədir. Həftə ərzində yüzlərlə təkan qeydə alınıb.
Türkiyəli seysmoloq, professor Süleyman Pampal isə regionda 8.5 bal gücündə zəlzələ gözlənildiyini deyib.
Oxu.Az-ın verdiyi məlumata görə, mütəxəssis bu barədə "Haber Global"a açıqlamasında danışıb.
Ekspert 8.5 bal gücündəki zəlzələdən təsirlənəcək vilayətləri də açıqlayıb.
"Bu böyüklükdə zəlzələ Yunanıstan adalarını, Yunanıstanın materik hissələrinə və Türkiyənin qərb sahillərinə, xüsusilə İzmir, Muğla, Aydın və Çanaqqala kimi şəhərlərə təsir edə bilər. Ancaq ən böyük zərər Yunanıstana olacaq", - deyə mütəxəssis xəbərdarlıq edib.
O, sunami və vulkan risklərini də diqqətə çatdırıb.
Egeyin həm seysmik, həm də vulkanik baxımdan son dərəcə aktiv bir bölgə olduğuna diqqət çəkən Pampal, xüsusilə Yunanıstanın Santorini adasının risk bölgəsində olduğunu bildirib.
"Ada aktiv vulkanik kompleksdir və burada keçmişdə böyük püskürmələr baş verib. Bu püskürmələrin Aralıq dənizi tarixində ciddi sunami dalğaları nəticəsində böyük dağıntılara yol açdığı məlumdur", - deyə o vurğulayıb.
Pampalın sözlərinə görə, regionda artan seysmik hərəkətlilik, bu vulkanik aktivliyin xəbərçisi ola bilər.
Ətraflı süjetdə:
Seçilən
20
50
oxu.az

10Mənbələr