AZ

Lənkəranda dənizdə itkin düşən balıqçının axtarışları davam edir - FOTO

Lənkəranda dənizdə itkin düşmüş balıqçının axtarışları davam edir.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda itkin düşmüş hesab edilən balıqçı 1984-cü il təvəllüdlü Mahmud İbayevin axtarışları bu gün də davam etdirilir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, Aviasiya dəstəsinin helikopteri cəlb olunub. Mahmud İbayevin qardaşı Rəşad İbayev bildirib ki, itkin düşən balıqçı Nazim Abbasovun meyiti aşkar olunandan sonra gücləndirilmiş rejimdə axtarışlar aparılır.

Qeyd edək ki, yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.

Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.

Lənkəranda Lənkəranda
Seçilən
2
7
apa.az

9Mənbələr