Əfsanəvi argentinalı futbolçu, “Qızıl top”un səkkizqat qalibi Lionel Messi həyatında gördüyü ən yaxşı futbolçunun adını açıqlayıb.
Publika.az xəbər verir ki, Messi ikiqat dünya çempionu Ronaldo Nazarionu xüsusi qeyd edib:
“Ronaldo fenomen idi. Gördüyüm bütün oyunçular arasında o, mənim üçün ən yaxşısı idi. Heyrətamiz oyunçu idi. Onu izləmək xoş olurdu".