AZ

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

31.01.2025 tarixinə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 10 milyard 988,5 milyon ABŞ Dolları təşkil edib.

Bu barədə FED.az  Mərkəzi Banka istinadən xəbər verir.

29.12.2024-cü il tarixinə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 10 milyard 959,5 milyon ABŞ dolları təşkil etmişdi. Beləliklə, 2025-ci ilin Yanvar ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 29 milyon ABŞ dolları artıb. 

Qeyd edək ki, ötən ilin sentyabr ayından ilin sonunadək Mərkəzi Bankın valyuta ehtiyatları düşüb. 2024-cü ilin son 3 ayında ehtiyatlar 836,3 milyon dollar azalımıdı.

Rəsmi valyuta ehtiyatları (mln. USD)

31.01.2025      10988.5

29.12.2024      10959.5

29.11.2024      10967.8

31.10.2024     11371.7

30.09.2024     11795.8

30.08.2024     11783.5

31.07.2024     11765.7

28.06.2024     11737.6

31.05.2024     11713.7

30.04.2024      11660.8

29.03.2024      11654.4

29.02.2024      11650.3

31.01.2024      11637.0

Seçilən
0
fed.az

1Mənbələr