AZ

Məşhur skripkaçı Rüstəmi Rusiyada döydülər

Moskvada karaoke müəssisəsində Böyük Teatrda çıxış edən məşhur skripkaçı Rüstəm Saleymanov döyülüb.

Publika.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, Saleymanov bir neçə dostu ilə ayrıca kabinədə dincəlirmiş.

Məşhur skripkaçı qonşu otaqdakı qonaqların çox yüksək səslə oxumasına etiraz edib. Saleymanov onların yanına gələrək daha sakit oxumağı xahiş edib. Bu xahiş onların xoşuna gəlməyib. Onlar skripkaçıya hücum edib. Bu zaman kütləvi dava düşüb və polis işə qarışmalı olub.

Kiminsə polisə şikayət edib-etmədiyi məlum deyil.

Seçilən
19
publika.az

1Mənbələr