Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir “Cebhe.info” saytı və “Cümhuriyət” qəzetinin redaksiyasını ziyarət edib.
O, “Cebhe.info” Xəbər Portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanovla görüşüb. Görüş zamanı Türkiyə və Azərbaycan mediasının əməkdaşlığı, qarşııqlı maraq doğuran məsələlər müzakirə olunub.
Cihangir İşbilirə “Cümhuriyət” qəzetinin son sayları təqdim olunub.