AZ

"Napoli" Okaforu icarəyə götürüb

"Milan"ın hücumameyilli yarımmüdafiəçisi Noa Okafor klubunu dəyişib.

24 yaşlı isveçrəli cinah oyunçusu karyerasını İtaliyanın digər komandası "Napoli"də davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər icarə müqaviləsi bağlayıb.

Okafor cari mövsümün sonuna kimi Antonio Kontenin komandasında çıxış edəcək.

Hücummeyilli yarımmüdafiəçi cari mövsümdə 17 oyun keçirib.

Okafor 1 qol və 2 məhsuldar ötürmə edib.

İtaliya çempionatında 23 turdan sonra turnir cədvəlinə "Napoli" başçılıq edir. Kontenin komandası 54 xal toplayıb.

Seçilən
27
operativmm.az

1Mənbələr