AZ

ABŞ-dəki aviaqəzanın videosunu sızdıran iki nəfər saxlanıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vaşinqtonun Aeroportlar İdarəsinin (MWAA) iki əməkdaşı Potomak çayı üzərində baş vermiş aviaqəzanın müşahidə kameralarından eksklüziv videosunun CNN telekanalına sızdırılması səbəbindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Bildirilir ki, müşahidə kameralarından əldə edilən videoyazıda təyyarənin helikopterlə toqquşması əks olunur. MWAA əməkdaşlarına qarşı icazə olmadan videoyazıların surətini çıxarmaq ittihamı irəli sürülüb.
Xatırladaq ki, yanvarın 29-da "American Airlines" aviaşirkətinin hərbi helikopterlə toqquşmuş təyyarəsinin göyərtəsində 60-dan çox adam olub. Qəza nəticəsində təyyarə bir neçə hissəyə parçalanıb, qalıqları isə Potomak çayının 1,5-2,5 metr dərinliyinə düşüb.
Seçilən
25
oxu.az

1Mənbələr