AZ

"Ruhsuz adam uzaqbaşı yeriyən arxiv ola bilər"

Bizim oxumuşların bilmədiyi: savad və professionalizm ruhu əvəz eləmir. Ruh - insanın içərisindəki həqiqətə yüksəlmək iradəsi, qətiyyəti, istəyi, amalıdır. 

Ölkə.Az xəbər verir ki, bunu tanınmış filosof, fəlsəfə elmləri namizədi Müşfiq Ötkün bildirib.

O, fikrini belə izah edib: "Adamda bu yoxdursa, uzaqbaşı fəlsəfə professoru olacaq, amma filosof olmayacaq. Az savadla belə, professor ola bilərsən. Hətta heç savad almadan da ola bilərsən. Amma ruhsuz heç hansı yaradıcılıq yoxdur".

Filosof qeyd edib ki, ruhsuz adam uzaqbaşı yeriyən arxiv ola bilər. 

M.Ötkün hazırda televiziya kanallarından birində yayımlanan "Amin" verilişinin aparıcısı kimi də fəaliyyət göstərir.

Seçilən
19
olke.az

1Mənbələr