AZ

Məşhur aktyor İlker Aksum ata olub

Məşhur aktyor İlker Aksum ata olubUğurlu aktyor İlker Aksum ilk dəfə ata olub. Məşhurun ​​sevincinə sosial şəbəkə izləyiciləri də şərik olub.

Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, Aksum 2023-cü ildə teatr aktrisası Dilay Ekmekçioğlu ilə ailə həyatı qurub. Qızlarının dünyaya gəlməsini həyəcanla gözləyən cütlük dünən axşam qızları Lilaya qovuşub.

53 yaşlı aktyor qızı və həyat yoldaşı ilə çəkdirdiyi fotosunu sosial media hesabında "Lilamızı kucağımıza aldık" qeydi ilə paylaşıb.

Aksum eyni zamanda instaqramın hekayələr bölməsindən "Bana Bir Masal Anlat Baba" mahnısını da paylaşıb.

Seçilən
2
sonxeber.az

1Mənbələr