Bakı, 4 fevral, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, basketbol azarkeşləri 10 qarşılaşmaya şahidlik ediblər.
Günün mərkəzi görüşündə Qərb Konfransının lideri “Oklahoma-Siti Tander” evdə "Miluoki Buks"a 125:96 hesabı ilə qalib gəlib. Bununla da meydan sahibləri müntəzəm mövsümdə keçirdikləri 47 oyunda 38-ci qələbəsini qazanıb. Qonaqlar isə 21-ci məğlubiyyətini alaraq, turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Matçların nəticələri
"Detroit Pistons" - “Atlanta Huks” – 130:132
“Nyu York Niks” - “Hyuston Rokets” – 124:118
“Oklahoma-Siti Tander” - "Miluoki Buks" – 125:96
“Yuta Caz” - "İndiana Peysers" – 111:112
"Şarlott Hornets" - "Vaşinqton Vizards" – 114:124
"Minnesota" - "Sakramento" – 114:116
“Memfis Qrizzlis” - “San Antonio Spörs” – 128:109
"Denver Naqqets" - "Nyu Orleans Pelikans" – 125:113
“Portland Treil Blazers” - “Finiks Sanz” – 121:119.