AZ

Mübahisə əsnasında anasını güllələdi

Mübahisə əsnasında anasını güllələdiHadisə ötən gün axşam saatlarında Sakaryanın Kaynarca mahalı Sarıbəyli məhəlləsindəki bir evdə baş verib.

Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, alınan məlumata görə, 30 yaşlı Kadir Taşkın dünən axşam saatlarında 112 Təcili Zəng Mərkəzinə zəng edərək itdiyini bildirib. Polis qrupları hərəkətə keçərək Taşkına tapıb. Kadir Taşkın isə evdə anasını ov tüfəngi ilə vuraraq öldürdüyünü etiraf edib.

Etiraflardan sonra evə gedən polislər Behiye Taşkının cansız cəsədini tapıblar.

Qadının meyiti hadisə yerində müayinə olunduqdan sonra xəstəxananın morquna aparılıb.

Digər tərəfdən hadisənin evlilik və işsizlik səbəbindən başlayan mübahisədən sonra baş verdiyi iddia edilib. Anasını öldürən şəxslə bağlı polis əməliyyatların davam etdiyi öyrənilib.

Seçilən
11
sonxeber.az

1Mənbələr