AZ

Cənubi Koreya kəşfiyyatı Şimali Koreya qoşunlarının Kursk bölgəsindən geri çəkildiyini təsdiqləyib

Şimali Koreya qoşunları əhəmiyyətli itkilərə görə Kursk bölgəsindən geri çəkilib. Onlar hazırda hərbi əməliyyatlarda iştirak etmirlər.

Missiya.Az xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatı məlumat yayıb.

Bildirilib ki, bu, yanvarın ortalarında baş verib və belə hərəkətlərin mümkün səbəbi böyük itkilərdir:

“Yanvarın ortalarından bəri Rusiyanın Kursk bölgəsində yerləşdirilən Şimali Koreya qoşunlarının hərbi əməliyyatlarda iştirakına dair heç bir əlamət yoxdur”, - deyə vurğulanıb.

Qeyd edək ki, Şimali Koreyanın Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək olmaq üçün təxminən 11 min əsgər göndərdiyi təxmin edilir. 

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr