İranlıların 27%-i gündə 2 dollara yaşayır və insanların 6,5%-i qida çatışmazlığından əziyyət çəkir.
“Etemad” qəzeti öz hesabatında yazıb ki, Milli Statistika İdarəsinin ən son hesabatlarından biri iranlıların 27 faizinin gündəlik 2 dollarlıq gəlirlə yaşadığını və 6,5 faizdən çox iranlının qida çatışmazlığından əziyyət çəkdiyini ortaya qoyub.
Hesabatda deyilir: “Əhali arasında çəki azlığı, boy qısalığı, kəskin arıqlama kimi qida çatışmazlığının əlamətləri müşahidə olunur. İranın dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik ölkələrindən biri olmasına baxmayaraq və qlobal Aclıq İndeksinə (GHI) görə, İranın vəziyyəti Livan və Mərakeş kimi ölkələrlə eynidir."
visiontv.az