AZ

İranın 30 həbsxanasında siyasi məhbuslar aclıq aksiyası keçirirlər

Fevralın 4-də Güney Azərbaycanın Xoy, Urmu, Sulduz (Nəqədə), Ərdəbil, Salmas və Təbriz şəhərlərinin həbsxanaları da daxil olmaqla İranın 30 həbsxanasında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyasına başlayıblar.

Bu barədə "Edama yox Kampaniyası"nın yaydığı bəyanatda bildirilib.

Aksiya keçirən məhbuslar, bu vasitə ilə beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər.

Adı çəkilən Azərbaycan şəhərləri ilə yanaşı İranın 24 şəhərinin həbsxanalarında da siyasi məhbuslar eyni tələblə aclıq aksiyasına başlayıblar.

Aclıq aksiyası 53-cü dəfədir ki, hər həftənin ikinci günü keçirilir.

Qeyd edək ki, 2024-cü ildə İranda 1000-dən çox məhkum edam edilib, onlardan 930-nun kimliyini müəyyənləşdirmək mümkün olub.

visiontv.az



Seçilən
4
visiontv.az

1Mənbələr