AZ

Uşaqlar oyunları böyüklərlə oynamalıdırlar: Valideynlə emosional bağlar mütləqdir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Uşaqlar dünyanı və ona münasibəti ətrafındakılardan, özəlliklə böyüklərdən öyrənirlər".
Oxu.Az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan "Sağlam radio"da psixoloq Elnarə Baxışlı açıqlayıb.
Onun sözlərinə görə, oyunlar burada planlı ilkin modeldir:
"Bir ayından başlayaraq 3-4 yaşına qədər uşaqların oyun bacarıqlarını böyüklər yönəldir. Yaradıcı oyunlara keçmələri ilə bu proses zəifləyir. Məhz bu dövrdə, yəni bir ayından dörd yaşadək valideynlə uşaq arasında birgə oyun mütləqdir. 3-4 yaşlarından etibarən uşaqlar öz xəyallarını və ətrafdan müşahidə etdiklərini oyunlarda tətbiq etməyə başlayırlar. Valideynlər bu zaman özlərini tam kənarlaşdırmamalıdırlar. Zaman ayırıb mütləq uşaqlarını müşahidə etməlidirlər".
Psixoloq bildirib ki, valideynlər uşağın necə oynamasına, oyuncaqlarla necə davranmasına, nələri izləməsinə və oyunlarda bunları necə tətbiq etməsinə diqqət etməlidirlər:
"Valideynlə uşaq arasında emosional ehtiyacların və duyğu bağlarının möhkəmliyi üçün birgə hərəkətli oyunlar mütləqdir".
Seçilən
10
oxu.az

1Mənbələr