Təbriz şəhərində ictimai nəqlyyatda gediş haqlarının bahalaşmasının ardınca, şəhər metrosunda da gediş haqqının qiyməti 25% artrılıb.
Bu barədə Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.
Məlumata görə, Təbriz Şəhər Şurasının 242-ci növbədənkənar açıq iclasında bu barədə qərar qəbul edilib.
Qərara əsasən hazırda 3500 tümən olan metro bileti mart ayının 21-dən 4400 tümən olacaq.
Bununla yanaşı şəhərdaxili avtomobil parklarından istifadə qiymətinin də 30% bahalaşdığı bildirilib.
visiontv.az