AZ

Trampın son qərarı Asiya və Avropanın səhm birjalarında tənəzzülə səbəb olub

Asiya və Avropada səhm birjaları bazar ertəsi günü enib, çünki sərmayəçilər ABŞ Prezidenti Donald Trampın Çin, Meksika və Kanadadan idxal edilən mallara tətbiq edəcəyini yeni tariflər barədə narahatlıq keçirir.

Böyük Britaniyanın FTSE indeksi günorta təxminən 1.25% , Almaniyanın DAX və Fransanın CAC40 indeksləri isə təxminən 1.7% dəyər itirib.

Yaponiya Nikkei indeksi 2.66% düşüb, Cənubi Koreyanın KOSPI indeksi isə 2.5% azalıb.

Honq Konq Hang Seng indeksi səhər saatlarında 2%-dən çox düşüb, lakin axşam saatlarında 0.07% enişlə bağlanıb.

ABŞ-ın səhmləri bazar ertəsi günü açılmadan əvvəl belə aşağı olub.

ABŞ prezidenti Donald Tramp bazar günü amerikalıların onun ölkənin üç ən böyük ticarət tərəfdaşı olan Kanada, Çin və Meksikaya tətbiq etdiyi yeni tariflərin iqtisadi “ağrısı” ilə üzləşə biləcəyini bildirib, lakin deyib ki, ABŞ-ın maraqlarını dəstəkləmək üçün “buna dəyər”.

Tramp ilk prezidentliyi dövründə Kanada və Meksika ilə azad ticarət sazişi üzrə danışıqlar aparmasına baxmayaraq, hər iki ölkəyə 25 faizlik, Çinə isə artıq tətbiq edilmiş rüsumlara əlavə olaraq, 10 faizlik yeni tariflər tətbiq edib. Tariflər çərşənbə axşamı qüvvəyə minir.

Tramp bu üç ölkənin qeyri-qanuni immiqrasiyanın və ölümcül fentanil opioid maddəsinin ABŞ-a daxil olmasının qarşısını almaq üçün kifayət qədər iş görmədiyini iddia edir.

Tramp bazar günü Truth Social hesabında amerikalı istehlakçıların tariflər səbəbindən daha yüksək qiymətlərlə üzləşə biləcəyini etiraf edib.

visiontv.az



Seçilən
11
visiontv.az

1Mənbələr