“Xarici qüvvələrn dəstəyi olmadan belə qruplar yaratamaq çətindir”
“İlk növbədə aydınlaşdırmaq lazımdır ki, belə mütəşəkkil cinayətkar qrupların yaradılmasında məqsəd nədir. Əlbəttə, məqsədləri sabitliyi pozmaq və ölkə daxilində xaos yaratmaqdır. Çünki Azərbaycanda ciddi bir sabitlik mühiti var və bu, inkişafın əsas təməli hesab olunur”.
Bunu “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində gördüyü birgə kompleks tədbirləri “AzPolitika”-ya şərh edərkən bildirib.
Hüquqşünas vurğulayır ki, burada kompleks məqamlar da var - qorxu yaratmaq, hökumətə cəmiyyətə təzyiq göstərmək, radikal ideologiyaları cəmiyyətə yeritmək. Şübhəsiz ki, xarici qüvvələrə xidmərt etmək qrupun əsas fəaliyyətlərindən biridir: “Çünki xarici qüvvələrn dəstəyi olmadan bütövlükdə belə qruplar yaratamaq çətindir. Burada həssas regiondur, müxtəlif xarici dövlətlərin geosiyası maraqları var. Onlar çalışırlar ki, bu cür proksi qruplar yaratasınlr və hökumətə təsir göstərsinlər. Yan maraqlardan biri də silah, narkotik maddələr və bu kimi digər qanunsuz vasitələrlə gəlir əldə etməkdir”.