AZ

"Qalatasaray"ın futbolçusu klubu tərk etdi

Mişi Batşuayi Avropa transfer pəncərəsinin son günündə klubunu dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Ayntraxt Frankfurt" "Qalatasaray"dan 31 yaşlı belçikalının transferini açıqlayıb.

Futbolçu Almaniya klubu ilə 2027-ci ilin ortalarına qədər müqavilə imzalayıb.

"Ayntraxt"da Batşuayi 30 nömrə altında çıxış edəcək.

Mətbuatda yayılan məlumata görə, transfer 3 milyon avro təşkil edib.

Seçilən
5
operativmm.az

1Mənbələr