AZ

"Futbol tarixinin ən yaxşısı özüməm və nöqtə" - Kriştianu Ronaldu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu özünü futbol tarixinin ən yaxşısı adlandırıb.

Teleqraf.com xəbər verir ki, 40 yaşlı portuqaliyalı hücumçu bu barədə "Le Sexta" nəşrinə müsahibəsində deyib.

“Karyeramı 920-925 qolla bitirsəm, mənim üçün fərqi olmayacaq. Futbol tarixinin ən yaxşısı özüməm və nöqtə. 1000 qol həddinə çatsam əla olardı, amma alınmasa, bu, heç nəyi dəyişməyəcək. Rəqəmlər yalan danışmır", - deyə Ronaldu bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldu 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olmaqla yanaşı, eyni sayda “Qızıl top” mükafatının da sahibidir. Onun aktivində hazırda 923 qol var.


Müəllif: Royal Həsənov
Seçilən
20
teleqraf.com

1Mənbələr