AZ

Cüdoçularımızın Paris təlim-məşq toplanışı - FOTO

Cüdo üzrə Azərbaycan millisi Parisdə təlim-məşq toplanışına başlayıb.

İdman.biz xəbər verir ki, “Böyük dəbilqə” turniri başa çatdıqdan sonra idmançılar beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Burada Yaponiya, Gürcüstan, Finlandiya, Fransa, Portuqaliya, İtaliya və bir çox başqa ölkələrin idmançıları iştirak edir.

Təlim-məşq toplanışına qatılanlar arasında ötən ilin ən yaxşı cüdoçusu seçilən Olimpiya çempionu Hidayət Heydərov (73 kq) da var.
Cüdoçular gündə iki məşq, həmçinin yoxlama sparrinqlər də keçirirlər.

Təlim-məşq toplanışı fevralın 6-ə kimi davam edəcək.

İdman.biz

Seçilən
13
37
idman.biz

10Mənbələr