AZ

Rusiyanın rok qrupunun Qazaxıstanda konsertləri ləğv edildi

Rusiyanın "Naiv" rok qrupunun Qazaxıstanda iki konserti ləğv edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə qrup Instagram sosial şəbəkəsindəməlumat yayıb.

“Bizdən asılı olmayan səbəblərə görə konsertlər keçirilməyəcək. Biz minimum sayda tamaşaçı ilə çıxış etməyə hazır idik, lakin vəziyyət başqa cür oldu”, - deyə pərəstişkarlarına göndərilən mesajda deyilir.

Fevralın 4-də Astanada və fevralın 6-da Karaqandada baş tutmalı olan konsertlərin ləğv edilməsinin səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, 2023-cü ilin aprelində deputat Lyubov Surovanın təşəbbüsü ilə Naivanın Yaroslavl və Çerepovetsdəki konsertləri də ləğv edilmişdi. Deputat bunu qrupun üzvü Aleksandr İvanovun Ukraynadakı xüsusi hərbi əməliyyatı (SVO) tənqid etməsi ilə əlaqələndirib, həmçinin əlavə edib ki, musiqiçi beynəlxalq münaqişə həll olunana qədər konsert verməyəcəyinə söz verib.



Xəbər 3 dəfə oxunub.
Seçilən
1
xezernews.az

1Mənbələr