AZ

ABŞ və Çin arasındaTİCARƏT SAVAŞI BAŞLAYIB

Çin hakimiyyəti ABŞ prezidenti Donald Trampın Çin mallarına qarşı gömrük siyasətinə cavab olaraq Çin hökumətinin gördüyü əks tədbirləri “ədalətli” və “qanuni” hesab edir.

“İki sahil” xəbər verir ki,  bu barədə Çinin Vaşinqtondakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfirliyin rəsmi saytında yerləşdirilən bəyanatında deyilir: "Çin müvafiq qanun və qaydalara və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, tam əsaslandırılmış olan zəruri əks tədbirlər görüb". Səfirlik Çin hakimiyyətinin məhkəməyə müraciət etdiyini də qeyd edib.

Diplomatik qurumdan verilən açıqlamada vurğulanıb ki, Çin ABŞ administrasiyasının əlavə rüsumlar tətbiq etmək qərarını qətiyyətlə pisləyir və ona qarşıdır.

Xatırladaq ki, fevralın 4-də Çin ABŞ-dan gələn neft, bahalı avtomobillər, pikaplar və ferma avadanlığına 10 faiz rüsum tətbiq etdiyini açıqlayıb. Qarşılıqlı tədbirlər ABŞ prezidenti Donald Trampın Çindən gələn mallara ABŞ-ın 10 faizlik gömrük rüsumları tətbiq etmək qərarına cavab olaraq həyata keçirilib. ABŞ-ın tarifləri bu gün, fevralın 4-də qüvvəyə minib. Çinin ABŞ-ın idxalına tətbiq etdiyi tariflər fevralın 10-dan qüvvəyə minəcək.

Seçilən
17
27
ikisahil.az

10Mənbələr