AZ

Yunanıstan zəlzələ barədə ciddi xəbərdarlıq edir

Bakı,,TurkicWorld

Yunanıstanın Egey dənizi bölgəsində seysmik aktivliyin artması həm höküməti, həm də sakinləri ciddi şəkildə narahat edir.

,TurkicWorld xəbər verir ki, son bir həftə ərzində bölgədə 500-dən çox zəlzələ qeydə alınıb və bu vəziyyət xüsusilə Santorini adasında narahatlığa səbəb olub.

Yerli sakinlər və turistlər adanı tərk etməyə başlayıblar. Stadionlarda çadırlar qurulub, axtarış-xilasetmə qrupları və tibb heyəti hazır vəziyyətə gətirilib. Dörd Yunan adasında təhsil müvəqqəti olaraq dayandırılıb.

Hakimiyyət orqanları vətəndaşları yalnız rəsmi mənbələrdən məlumat almağa və panika yarada biləcək yalan xəbərlərin yayılmasından çəkinməyə çağırır. Sakinlərə qapalı məkanlarda toplaşmamaq və tərk edilmiş binalardan uzaq durmaq tövsiyə olunur. Həmçinin, otel sahiblərindən hovuzları boşaltmaları istənilib, çünki güclü zəlzələ zamanı su binalara əlavə ziyan vura bilər.

Seçilən
10
turkic.world

1Mənbələr