Bakı. Trend:
Qazaxıstanın hüquq mühafizə orqanları 2022-ci ilin yanvar ayındabaş vermiş kütləvi iğtişaşlar zamanı oğurlanmış 1 226 ədəd silahıaşkarlayıb.
Trend bu barədəQazaxıstanın Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Nazirlikdən bildirilib ki, iğtişaşlar zamanı ümilikdə 2 960 ədədtabel və mülki mənsubiyyəti olan silahlar oğurlanıb.
2022-ci ildən bəri aparılan operativ tədbirlər, axtarışlar vəreydlər zamanı Qazaxıstanda ümumilikdə 8 min ədəd odlu və travmatiksilah, 112 mindən çox müxtəlif çaplı sursat, 831 qumbaraaşkarlanaraq müsadirə olunub.
Qeyd edək ki, 2022-ci ildə Qazaxıstanda kütləvi etirazaksiyaları baş verib. Janaozen və Aktau şəhərlərində sakinlər mayeqazın ikiqat bahalaşmasına qarşı küçələrə axışıb. Sonradanetirazlar digər şəhərlərə, o cümlədən ölkənin keçmiş paytaxtıAlmatıya yayılıb.