AZ

Fişəng partlatdı, avtomobillər havaya uçdu - VİDEO

Çində fişəng nəticəsində güclü partlayış baş verib. Kanalizasiyada yığılan metan qazının alışması nəticəsində baş verən partlayış bir çox avtomobili havaya tullanaraq sıradan çıxarıb.   Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüntülərdə partlayışın gücündən lyuk qapaqlarının uçduğu və park edilmiş avtomobillərin bir neçə metr yüksəkliyə qalxdığı görünür. Xoşbəxtlikdən hadisə nəticəsində insan tələfatı olmasa da, ərazidəki çoxsaylı müəssisələrə və avtomobillərə xeyli maddi ziyan dəyib. Səlahiyyətlilər partlayışın 28 milyon lirə dəyərində ziyana səbəb olduğunu bildirib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb və əhaliyə təhlükəli maddələrlə diqqətli olmaq üçün xəbərdarlıq edilib.  
Seçilən
4
manset.az

1Mənbələr