AZ

"Milan"dan daha bir transfer

style='margin-bottom:10px;'>

"Milan" heyətinə daha bir futbolçu qatıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. A seriyası təmsilçisi "Monza"dan fransız yarımmüdafiəçi Uorren Bondonu transfer edib. Onunla 2029-cu il iyun ayınadək müqavilə imzalanıb. Futbolçu komandada 39 nömrəli forma geyinəcək.

21 yaşlı Bondo 2022-ci ilin yayından bəri "Monza"nın formasını geyinirdi. Bu mövsüm o, bütün turnirlərdə 22 matça çıxıb.

Seçilən
51
1
teleqraf.com

2Mənbələr