AZ

Tramp Təhsil Nazirliyini ləğv edir - Mask qərarı dəstəkləyir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Birləşmiş Ştatların Təhsil Nazirliyini bağlamağı düşünür.

“AzPoliutika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, bu, Amerika federal strukturlarının sayının azaldılması təşəbbüslərinin bir hissəsi kimi həyata keçirilə bilər.

Məqalədə deyilir ki, Tramp administrasiyası “nazirliyin bəzi funksiyalarını başqa qurumlara ötürəcək və ya onu tamamilə ləğv edəcək” sərəncamı nəzərdən keçirir.

Bundan əlavə, bu sənədə ABŞ Təhsil Nazirliyinin ləğvi ilə bağlı qanun layihəsinin hazırlanması da daxildir.

Hazırda Trampın müşavirləri sərəncamın təfərrüatlarını və imzalanma vaxtını müzakirə edirlər.

Bundan öncə İlon Mask da hökumət aparatının ixtisar edilməsi təşəbbüsünü dəstəklədiyini bildirib və Təhsil Nazirliyinin işini tənqid edib.

“AzPolitika.info”

Seçilən
21
azpolitika.info

1Mənbələr