AZ

Çin ABŞ-dan idxal olunan bəzi məhsullara əlavə rüsumlar tətbiq edəcək

 

  Çin ABŞ-dan idxal olunan bəzi məhsullara 10-15 faizlik əlavə rüsumlar tətbiq edəcək. Bu barədə Çinin Maliyyə Nazirliyi açıqlama yayıb.

  Qərar fevralın 10-dan qüvvəyə minəcək. Əlavə idxal rüsumu tətbiq olunacaq məhsullara xam neft, kənd təsərrüfatı texnikası, sıxılmış maye qaz, bəzi avtomobillər daxildir. Bu, ABŞ-ın Çindən idxal olunan məhsullara 10 faizlik əlavə rüsum tətbiqi barədə qərarına rəsmi Pekinin cavabıdır.

  Qeyd edək ki, Birləşmiş Ştatlar rüsum qərarını elan edəndən sonra Çinin Xarici İşlər və Kommersiya nazirlikləri açıqlama yayaraq ölkənin qanuni hüquq və mənafelərini qorumaq üçün lazımi əks tədbirləri görəcəyini bildirmişdi.

  Keçən həftə sonu ABŞ prezidenti Donald Tramp Meksika və Kanadaya qarşı 25, Çinə qarşı isə 10 faizlik rüsum tətbiq edib.

  ABŞ-ın ən böyük ticarət tərəfdaşları olan Kanada və Meksika da təcili cavab tədbirləri görəcəklərinə söz veriblər.



Seçilən
8
27
trt.net.tr

10Mənbələr