AZ

"Mançester Siti" Qonzalesi transfer etdi

"Mançester Siti" növbəti transferini reallaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Yarımmüdafiəçi Niko Qonzales "Portu"dan 50 milyon funt-sterlinq qarşılığında "Mançester Siti"yə keçib.

Qonzales deyib ki, bu, karyerasının bu mərhələsində mükəmməl fürsətdir.

"Özümü İngiltərədə sınamaq istəyirəm. Bunu etmək üçün "Mançester Siti"dən yaxşı klub yoxdur.

Dünyada elə bir futbolçu yoxdur ki, bu komandanın bir parçası olmaq istəməsin. Pepin nüfuzunu bilirəm və onunla işləmək üçün səbirsizlənirəm. Əslində, onun komandasında oynamağımı istəməsi məni qürurlandırır", - deyə o bildirib.

Seçilən
20
operativmm.az

1Mənbələr