2024-cü il ərzində ölkədən 61,9 milyon ABŞ dolları dəyərində 97,8 min tona yaxın alma ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 8,1 faiz və ya 4,65 milyon dollar, həcm baxımından isə 7,2 faiz və ya 6,5 min ton çoxdur.
Ötən il ərzində bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,23 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,84 faizə bərabər olub.