AZ

DƏHŞƏT: Anasını ov tüfəngi ilə ÖLDÜRDÜ

Türkiyənin Sakaryanın Kaynarca rayonunda anası ilə mübahisə edən kişi ov tüfəngi ilə onu vuraraq öldürüb.

Medianews.az “Haber global”a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Kadir Taşkın (30) anası (62) Behiye Taşkını ov tüfəngi ilə vurduqdan sonra evi tərk edib.

Bu vaxt atası evə gələrək arvadının qan içində olduğunu görüb və jandarma çağırıb.

Polislər tərəfindən tapıldıqdan sonra Kadir, anasını öldürdüyünü bildirib.

Kadir Taşkının dünən günorta saatlarında anası ilə işsiz qalması və evlənmək səbəbi ilə mübahisə etdiyi və bu müddət ərzində atasının evi tərk etdiyi öyrənilib. Davam edən mübahisə zamanı Kadir Taşkın ov tüfəngi ilə anasını vurub.

Saxlanılan Kadir Taşkının jandarma tərəfindən dindirilməsi davam edir.

 

Seçilən
57
2
medianews.az

3Mənbələr