Şimal Buzlu Okeanında buzun il boyu qaldığı yeganə yer proqnozlaşdırılandan daha tez yox ola bilər.
QHT.az xəbər verir ki, yeni araşdırma göstərir ki, Arktikada ilboyu buzun qaldığı yeganə bölgə – “son buz zonası” – əvvəlki proqnozlardan daha tez yox ola bilər. Qrenlandiyanın şimalında yerləşən bu ərazi ekosistem üçün kritik əhəmiyyət daşıyır.
Kanadalı alimlərin modelləşdirmələrinə görə, mərkəzi Şimal Buzlu Okeanı 2035-ci ildən etibarən mövsümi olaraq buzsuz qala bilər, daimi buz isə 6-24 il sonra tamamilə yox ola bilər. Bu dəyişiklik qütb ayıları, suitilər və yerli xalqlar üçün ciddi nəticələr doğura bilər. Alimlər iqlim dəyişikliyinə qarşı tədbirlərin vacibliyini bir daha vurğulayırlar.
R.İmanov