AZ

Havanın temperaturu aşağı enəcək - XƏBƏRDARLIQ

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayaraq 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq fevralın 6-8-də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Seçilən
22
10
hafta.az

10Mənbələr