AZ

İran nüvə silahını yaratmağa yaxındır – “The New York Times”

Amerika kəşfiyyatı bir qrup iranlı alimlərin nüvə silahı yaratmaq üçün sürətləndirilmiş üsul üzərində işlədiyini aşkar edib.

Editor.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) hazırkı və təqaüddə olan ABŞ rəsmilərinə istinadən yazır. Kəşfiyyat məlumatlarına görə, iranlı mühəndislər və silah mütəxəssisləri nüvə silahının istehsal müddətini bir neçə aya endirməyə çalışırlar.

Məlumatlar prezident Co Bayden administrasiyasının son aylarında toplanıb və seçilmiş prezident Donald Trampın milli təhlükəsizlik komandası ilə paylaşılıb. Rəsmilər İranın nüvə silahı hazırlamaq astanasında qaldığını deyirlər. ABŞ 2015-ci il JCPOA-dan çıxdıqdan sonra İran uran istehsalını bərpa edib və indi dörd və ya daha çox nüvə bombası hazırlamaq üçün kifayət qədər yanacağa malikdir.

Mövzu çox güman ki, çərşənbə axşamı, fevralın 4-də Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə müzakirə olunacaq. NYT qeyd edir ki, son illərdə Netanyahu “İranın nüvə obyektlərinə zərbə endirmək əmri verməyə yaxınlaşıb”. Bununla belə, nəşrin yazdığına görə, Tramp İran hakimiyyəti ilə münaqişəyə girməyə tələsmir və danışıqlara hazırdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
3
2
editor.az

6Mənbələr