"Biz hərbi xərcləri ÜDM-in 2%-nə çatdırmağa hazırıq, lakin 5%-ə yox. Ölkəmiz beynəlxalq missiyalara ən çox hərbçi göndərən dövlətlərdən biridir və bu, nəzərə alınmalıdır", - deyə Tajani vurğulayıb.
Nazir əlavə edib ki, hərbi xərclərin artırılması üçün düşüncə tərzi və Avropa İttifaqının qaydaları dəyişdirilməlidir. O, bu tip xərclərin Aİ-nin Stabilizasiya və İnkişaf Paktı çərçivəsində hesablanmamasını və ümumi Avropa fondlarından istifadə edilməsini təklif edib.
Hazırda İtaliyanın hərbi xərcləri ÜDM-in 1,57%-ni təşkil edir. Roma NATO-nun 2%-lik hədəfinə yalnız 2028-ci ildə çatmağı planlaşdırır. ABŞ-ın sabiq prezidenti Donald Tramp isə NATO ölkələrindən hərbi xərcləri ÜDM-in 5%-nə qaldırmağı tələb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31