AZ

İxrac əməliyyatlarının sektorlar üzrə bölgüsü açıqlanıb

Bakı. Trend:

Ötən il Azərbaycandan xaricə 3 min 444 çeşiddə, 26,554 milyardABŞ dolları dəyərində ixrac əməliyyatı həyata keçirilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən il ixrac əməliyyatlarının böyük qismi(51,57%-i) özəl sektorun payına düşüb. Özəl sektorda ixrac əvvəlkiillə müqayisədə 5,068 milyard ABŞ dolları və ya 27% azalaraq 13,693milyard ABŞ dollarına bərabər olub. 2023-cü ildə özəl sektordaixrac əməliyyatlarının həcmi 18,762 milyard ABŞ dolları həcmindəidi.

Bəhs olunan dövrdə ixrac əməliyyatlarının 12,693 milyard ABŞdolları və ya (47,8%-i) dövlət sektorunun payına düşüb. Bu sektordaixrac 2023-cü illə müqayisədə 2,182 milyard ABŞ dolları, yaxud da14,7% azalıb. Belə ki, 2023-cü ildə dövlət sektorunda ixracəməliyyatlarının həcmi 14,876 milyard ABŞ dolları təşkil edib.

Ötən il ixrac əməliyyatlarında 0,63%-lik yeri 166,278 milyon ABŞdolları ixrac həcmi ilə fiziki şəxslər tutub. Fiziki şəxslərinixrac əməliyyatlarının həcmi əvvəlki illə müqayisədə 93,588 milyonABŞ dolları və ya 36% azalıb. Əvvəlki ildə fiziki şəxslərin ixracəməliyyatlarının həcmi 259,866 milyon ABŞ dolları idi.

Seçilən
37
az.trend.az

1Mənbələr