AZ

Andrea Belotti "Benfika"da - RƏSMİ


İtaliya millisinin və "Komo"nun hücumçusu Andrea Belotti karyerasını "Benfika"da davam etdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı Portuqaliya klubunun rəsmi saytı yayıb.

Cari mövsümün sonunadək icarəyə götürülən ön xətt oyunçusu yeni komandasında 19 nömrəli forma ilə oynayacaq.

Xatırladaq ki, Belotti 2024-cü ilin yayından "Komo"nun futbolçusudur. Cari mövsüm bütün turnirlərdə 19 matça çıxan təcrübəli forvard 2 qolla yadda qalıb. Onun A Seriyası təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Seçilən
1
fanat.az

1Mənbələr