AZ

Aİ və Moldova ittifaqın enerji bazarına tam inteqrasiya strategiyasını razılaşdırıb

Avropa İttifaqı (Aİ) və Moldova Kişineunun Aİ-nin enerji bazarına tam inteqrasiyası üçün 250 milyon avro büdcəyə malik olan ikiillik strategiyanı razılaşdırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb.

"Bu gün Avropa Komissiyası və Moldova Respublikası ölkənin enerji müstəqilliyi və dayanıqlılığı üzrə ikiillik hərtərəfli strategiyanı razılaşdırıb. Bu strategiya ikili məqsəd daşıyır: Moldovanı Rusiyanın etibarsız enerji təchizatından ayırmaq və Aİ-nin enerji bazarına tam inteqrasiya etmək", - məlumatda bildirilib.

AK qeyd edib ki, strategiyaya əsasən, Moldovaya ümumi dəstək 2025-ci il üçün 250 milyon avro təşkil edəcək ki, bunun da 100 milyon avrosu Aİ tərəfindən aprelin ortalarına qədər təmin ediləcək.

Seçilən
20
46
report.az

10Mənbələr