Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayılıb.
Boykotun əsas təşəbbüskarı vətəndaşları gediş haqlarını köhnə qiymətlərlə ödəməyə çağıran "Ana Ermənistan" fraksiyasıdır.
İrəvanın keçmiş meri Ayk Marutyan artıq tələbələrin və işçi sektorun da boykota qoşulduğunu və bu kampaniyanın getdikcə daha da genişlənəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, İrəvanın yerli hökuməti ötən həftə ictimai nəqliyyatda minimum gediş haqqını 100 dramdan 150 drama qaldırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31