Bir gündə Rusiya ordusunun hava hücumundan müdafiə qüvvələri Azov dənizi üzərində Neptun idarəolunan raketini vurub.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Azov dənizinin suları üzərində Ukraynaya məxsus uzaqmənzilli idarə olunan “Neptun” raketini məhv edib”, - Müdafiə Nazirliyi qeyd edib.
Bundan əlavə, bir HIMARS reaktiv yaylım atəşi sistemi mərmisi və 68 pilotsuz uçuş aparatı vurulub.
Nigar