AZ

"Milan" yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

"Montsa"nın yarımmüdafiəçisi Uorren Bondo İtaliya çempionatı çərçivəsində komandasını dəyişib.

90deqiqe.Az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Milan”da özünə iş tapıb. Bu barədə “Rossonerilər”in mətbuat xidməti məlumat yayıb.

Bondo İtaliya nəhəngi ilə 2029-cu ilin ortalarına qədər davam edəcək uzunmüddətli əmək müqaviləsi imzalayıb.

Yarımmüdafiəçi yeni komandasında 39 nömrə altında çıxış edəcək.

Uorren 2022-ci ildən Monza üçün yarışır. Bu mövsüm yarımmüdafiəçi 22 oyun keçirib, qol vurmayıb. Transfermarkt portalının mütəxəssisləri yarımmüdafiəçinin bazar dəyərini 7 milyon avro qiymətləndirir.

Seçilən
26
90deqiqe.az

1Mənbələr