Həmçinin, artıq Ermənistan 600 milyon dollarlıq silah sifarişi ilə Hindistanın bir nömrəli silah idxalçısına çevrilib. Hələ İrandan gizli silahlanma ilə bağlı məlumatlar da var. Ermənistan sanki, sülhə yox, yeni müharibəyə hazırlaşır, intensiv şəkildə fortifikasiya qurğuları, hərbi təchizatı genişləndirir, xarici ölkələrlə birgə təlimlər təşkil edir. Ermənistanın bu siyasəti bilavasitə revanşa hazırlaşmaqdı, sadəcə bu revanişist siyasət sülh çağırışları ilə pərdələnir. Fransanın himayəsi ilə sürətli silahlanma Ermənistanı region ölkələri üçün təhdid mənbəyi olaraq qalmasına hesablanıb və İrəvandan xarici maraqların icraçısı statusunda istifadə edirlər.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev yanvarın 7-də Azərbaycan TV-lərinə müsahibəsində açıq şəkildə bəyan etdi ki, Ermənistanın sürətlə silahlanması hazırda sülhə ən böyük əngəldir. Bu silahlanma siyasəti sülh gündəliyinə ziddir və daha çox xarici ölkələrin maraqlarına hesablanıb. Buna görə, Ermənistan silahlanmaya son qoymalıdır, Ermənistana verilən silahlar geri qaytarılmalıdır. Yalnız bu halda Ermənistanın sülh gündəliyində qaldığını söyləmək olar. Paşinyan silahlı geri verməklə, silahlanmaya son qoymaqla gerçəkdən sülhə can atdığını nümayiş etdirməlidir. Yox əgər Ermənistanın Baş naziri yenidən müharibə-müharibə oynamq fikrinə düşübsə, onda bu dəfə onlayn yox, canlı təslimçi sazişə imza atmalı olacaq".