AZ

Bu səhnə məşhur serialdan SİLİNDİ

Türkiyənin məşhur “Kırmızı Goncalar” serialının yeni bölümündən alov səhnələri silinib.

Medianews.az “Sözcü”yə istinadən xəbər verir ki, NOW TV və Gold Yapım şirkəti bunu, izləyicilərinin Grand Kartal hotelində baş verən yanğın ilə əlaqədar kədərlənməməsi üçün edilib.

Dünən axşam yayımlanan serialda izləyicilərlə aşağıdakı xəbərdarlıq mesajı paylaşılıb:

“Kartalkayada baş verən dəhşətli yanğında həyatını itirənlərin ağrısını dərindən hiss edirik. Biz fəlakətdən əvvəl çəkdiyimiz yanğın səhnələrini, yaratdığı həssaslığı nəzərə alaraq, epizodumuzun süjet xəttinə görə yayımlamırıq. Yaralılarımıza tezliklə şəfa diləyir və itkilərimizi hörmətlə xatırlayırıq. Bütün ölkəmizə başsağlığı veririk”.

Medianews.az 

Bu səhnə məşhur serialdan<span style=color:red> SİLİNDİ

Seçilən
1
medianews.az

1Mənbələr