AZ

Putinin alman dostu xəstəxanaya yerləşdirildi

Almaniyanın keçmiş kansleri Herhard Şröder xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə DPA agentliyi siyasətçinin vəkili Hans Peter Huberə istinadla məlumat yayıb.

“80 yaşlı keçmiş kansler tükənmişlik sindromu səbəbindən xəstəxanaya yerləşdirilib. Onda dərin tükənmə və kəskin enerji çatışmazlığı əlamətləri müşahidə olunur”, - məlumatda qeyd olunub.

“Bild” qəzeti Şröderin həkimlərinin məlumatı əsasında yazıb ki, keçmiş kanslerdə konsentrasiya və yaddaş problemləri, həmçinin yuxu pozuntuları var.

Qeyd edək ki, Herhard Şröder 1998–2005-ci illərdə Almaniyanın federal kansleri vəzifəsini tutub. Onun Rusiya Prezidenti Vladimir Putinlə yaxın dostluq münasibətləri mövcuddur.

Seçilən
8
axar.az

1Mənbələr