AZ

Qərb rəqiblərini Suriya danışıqlarından uzaqlaşdırmağa çalışır - Lavrov

“Rusiya, Çin və İranı Suriya nizamlanmasından çıxarmaq cəhdləri xoş niyyətlə diktə olunmur”.

Qaziler.az  “NEWS.ru”ya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Valday Beynəlxalq Diskussiya Klubunun 14-cü Yaxın Şərq Konfransında çıxışı zamanı deyib.  O, Qərbin bu yolla rəqiblərini kənara çəkməyə çalışdığını izah edib.

“Rusiya, Çin və İranının Suriya nizamlanmasına xarici dəstək prosesindən kənarlaşdırmaq cəhdlərində xoş niyyətli olduqları düşünülmür, Qərbin rəqiblərini ikinci dərəcəli mövqelərə itələmək planlarını ortaya qoyur”, - diplomat deyib.

QAZİLER.AZ

Seçilən
6
qaziler.az

1Mənbələr