Salvador hökuməti ABŞ-a vətəndaşlığından asılı olmayaraq qanunsuz cinayətkar mühacirləri qəbul etməyi, həmçinin cinayətkar Amerika vətəndaşlarını həbsxanalarında yerləşdirməyi təklif edib.
Publika.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio El Salvador prezidenti Nayib Bukele ilə görüşü barədə açıqlama verib.
O, görüş zamanı qanunsuz immiqrasiya məsələsinin müzakirə olunduğunu və bir çox razılaşmaların əldə edildiyini bildirib.
Həmçinin qeyd olunub ki, Bukele ABŞ-a El Salvadordan gedən “MS-13” bandasının üzvləri olan olan qeyri-qanuni mühacirləri geri qaytarnağa razılaşıb.
Bukele Venesuelanın “Tren de Aragua” bandasının üzvləri də daxil olmaqla, millətindən asılı olmayaraq cinayətkar qeyri-qanuni mühacirləri qəbul edərək həbs etməyi təklif edib.