Bakı. Trend:
Çin volfram, tellur, bismut, molibden və indiuma ixracatnəzarəti tətbiq edib.
Trend xariciKİV-lərinə istinadən xəbər verir ki, bu barədə Çinin KommersiyaNazirliyi məlumat yayıb.
Məlumata görə, Pekin milli təhlükəsizliyi və maraqlarını qorumaqməqsədilə, o cümlədən beynəlxalq öhdəliklərini yerinə getirmək üçünmüvafiq qərar qəbul edib.
Hökumətin qərarına əsasən, bu metalların ixracatçıları bundansonra ÇXR-nın Dövlət Şurasının Kommersiya departamentindən müvafiqlisenziya əldə etməli olacaq.
Qeyd edilir ki, bundan əvvəl Çin Dövlət Şurasının Tarifləşdirməvə Təsnifat komitəsi Vaşinqtonun sərt tarif siyasətinə cavab olaraqABŞ-dən idxal olunan daş kömürə, sıxılmış təbii qaza, neftə və kəndtəsərrüfatı məhsullarına 10-15 faizlik rüsumun tətbiq edilməsi iləbağlı qərar qəbul etmişdi.