Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
Hava tutqun olacaq, gecə və səhər bəzi yerlərdə çiskin olacaq. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 7-9 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Ölkənin şərq rayonlarında gündüz yağış yağacaq. Dağlarda qar yağacaq. Bəzi yerlərdə duman olacaq.
Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti olacaq.